“WhatsApp”dan yeni funksiya

“WhatsApp”dan yeni funksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən məşhur mesajlaşma proqramlarından olan WhatsApp indi masaüstü versiyasına yeni funksiya gətirməyi planlaşdırır.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, 3 il əvvəl tətbiqin kilidlənməsi funksiyası WhatsApp-ın mobil versiyasına gəldi. Bu yolla istifadəçilər tətbiqi kilidləyərək başqalarının proqrama girməsinə əngəl oldu.

“Android” və “iOS” versiyalarında mövcud olan “WhatsApp” proqramının kilidlənməsi funksiyası masaüstü versiyasına da əlavə olunacaq.

Bu xüsusiyyət sayəsində istifadəçilər daha əvvəl təyin etdikləri parolla WhatsApp masaüstü tətbiqini aça biləcəklər.

Şifrə itirildikdə və ya unudulsa, QR kodu ilə WhatsApp-a yenidən qoşularaq proqramdan çıxmaq və daxil olmaq mümkün olacaq.

Nihat Kərimli

Tribuna.az