Ermənistan mediası Xankəndindəki separatçılara istinadən yazır ki, dünəndən “yoxa çıxan” Volkov ermənilərin “yolu açın” tələbinə cavab olaraq, “azərbaycanlılara heç nə edə bilmərik” deyib.
Tribuna.az bildirir ki, bu barədə danışan siyasi şərhçi Asif Nərimanlı Azərbaycan xalqının Qarabağda siyasi mənzərəni dəyişdiyini bildirib:
“Eyni zamanda, qondarma “arsax nümayəndələrinin” azərbaycanlılarla danışıqlarda iştirakına və separatçıların “deputatlarına” aksiyanın keçirildiyi əraziyə yaxınlaşmasına icazə verilməyib.
Baş separatçı Araik isə “yolun açılması” üçün Volkova məktub yazmaq qərarına gəlib”.
Nigar
Tribuna.az









