“VƏZİYYƏT ƏVVƏLKİNƏ QAYITDI” – POLİTOLOQDAN ƏLİYEV-PUTİN-PAŞİNYAN GÖRÜŞÜNƏ ŞƏRH

“VƏZİYYƏT ƏVVƏLKİNƏ QAYITDI” – POLİTOLOQDAN ƏLİYEV-PUTİN-PAŞİNYAN GÖRÜŞÜNƏ ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sülh müqaviləsinin bu il imzalanması təxirə salınır, Qarabağ mövzusu dondurulur. Lakin bunu təklif edənlər başa düşməlidir ki, 30 il ərzində də bu mövzu dondurulmuşdu. Nəticə isə 44 günlük müharibə ilə yekunlaşdı.
Tribuna.Az xəbər verir ki, bu fikirlərlə politoloq Zaur Məmmədov çıxış edib. O bildirib ki, Paşinyanın dedikləri bir daha fikrimizdə haqlı olduğumuzu göstərdi:
“Bir bəyanat və bağlı qapılar arxasındakı xəbərdarlıqla Nikol Paşinyan Brüssel platformasında üzərinə götürdüyü bütün öhdəliklərin üstündən xətt çəkdi. Əgər Soçiyə qədər Paşinyan iqtidarı Azərbaycanın sərhədlərini və suverenliyini tanıyacağını qeyd edirdisə, Qarabağın statusu mövzusundan imtina etmişdisə və Ermənistanı Qarabağsız görürdüsə, hazırda vəziyyət yenidən əvvəlki halına qayıtdı”.


Siyasi şərhçi bildirib ki, son baş verənlər Qərb – Ermənistan, Qərb- Azərbaycan, Rusiya – Ermənistan, Rusiya – Azərbaycan münasibətlərinə yeni çalar qatacaq:
“Ermənistan rəhbərliyi öz sərhədlərinə qərbin xüsusi missiyasını göndərərək və Qarabağla bağlı xaricdən ona gələn əmri yerinə yetirməklə öz aləmində irəliləyiş əldə etdiyini düşünür. Əslində isə bu dəfə Ermənistan dövlətinin özünün gələcəyi şübhə altına düşmüş oldu”.
Nigar