Ermənistan Azərbaycanla aparılan danışıqlara baxmayaraq, dövlət sərhədi istiqamətində növbəti dəfə atəşkəsi pozur. Xüsusilə Vaşinqtonda keçirilən görüşdən sonra bu təxirbatlar baş verdi. Xocavənddə erməni qanunsuz birləşmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutdu.
Tribuna.Az xəbər verir ki, bu fikirlərlə ekspert Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, bu, Rusiyanın Vaşinqtonda keçirilən görüşə cavabı idi:
“Rusiya sülhməramlı qüvvələri bir müddətdir ki, Laçın dəhlizindən erməni silahlı birləşmələrinə silah-sursat təchiz edir. Erməniləri növbəti təxribata sövq edərək real sülh prosesini pozmağı planlayır.
Ermənistan da sülh müqaviləsində maraqlı deyil. Qeyd edim ki, Ermənistanın müdafiə naziri Suren Papikyan növbəti müharibəyə hazırlaşdıqlarını vurğulayıb. Demək olar ki, Ermənistan bizimlə şərt dilində danışır. Vaşinqtonda xarici işlər nazirlərinin görüşündə heç bir müsbət nəticə əldə edilməyib. Ermənistan hakimiyyəti 30 il apardığı imitasiya danışıqlarını yenidən davam etdirir”.
Siyasi şərhçi bildirib ki, müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistan sülh müqaviləsindən ciddi şəkildə yayınır və onlar zərbayacanla növbəti hərbi eskalasiyada maraqlı görünü:
“Qarabağda Rusiya hərbiçilərinin müvəqqəti nəzarət etdiyi ərazilərdə silahlı erməni birləşmələrinin təxirbatlarının intensivləşməyi gözlənilir. Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı erməni silahlı separatçılarının təxirbatlar etməsi mümkündür. Bu təxribataların qarşısını almaq üçün Laçın yolunda post qurulmalı və hərbi əməliyyatlar keçirilməlidir.
Prezident İlham Əliyev bununla bağlı Ermənistana və Rusiyaya açıq mesaj verdi. İki il yarımdan sonra Rusiya hərbiçilərinin Qarabağdan çıxarılması tələb ediləcək”.










