VASİF TALIBOVU KONSTİTUSİYA NAXÇIVAN XANI EDİB – MADDƏ

VASİF TALIBOVU KONSTİTUSİYA NAXÇIVAN XANI EDİB – MADDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə bütün problemlərin kəskinləşməsi Konstitusiyanın bərbad gündə olmasından qaynaqlanır. Məmləkətin Ana Yasasının məntiqi ardıcıllığı, hakimiyyət bölgüsü prinsipi sənədin özündə pozulub, ona görə də, ölkənin əsas qanunu dəyişməsə problemlərin həlli də mümkün olmayacaq.

Tribuna.az-ın məlumatına görə, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O bildirib ki, bu, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına da aiddir:

“- Maddə 4. Dövlət hakimiyyətinin mənimsənilməsinə yol verilməməsi:
I. Naxçıvan Muxtar Respublikasında vətəndaşların heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.Əla maddədir, amma işlək deyil, bu isə bir tək Vasif Talıbovun davranışları, onun idarəetmə alışqanlıqları ilə əlaqədar deyil, NMR-nin Ali Sənədinin ona verdiyi səlahiyyətlərlə əlaqədardır:
– Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi:
I. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
II. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir…
Və səlahiyyətlər sadalanır, amma elə 5-ci maddənin 2-ci hissəsində Ali Məclisin sədrinə həm qanunvericilik, həm də icara hakimiyyəti səlahiyyətləri verilir – yəni, bir şəxs qanunlara görə hakimiyyətin hər iki qoluna rəhbərlik edir, bununla da qalmır məhkəmə hakimlərinin təyinatı da Ali Məclisin sədrinin səlahiyyətinə aiddir: 5-ci maddənin 9-cu hissəsində qeyd edilib ki, Ali Məclisin sədri, “Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir”.

N.Cəfərli bildirib ki, Ali Məclisin sədri indi qüvvədə olan qanunlara görə hakimiyyətin hər 3 qolunun hakimimütləqidir:

“Belə olan şəraitdə təbii ki, Naxçıvanda “Xan” idarəçiliyi yaranmalı idi. Deməli, məsələlərin həlli qanunların, Ana yasanın dəyişdirilməsi ilə mümkün ola bilər”.

Nigar