VASİF TALIBOVDAN SONRA NAXÇIVANIN STATUSU DƏYİŞƏ BİLƏR – REFERENDUMA HAZIRLIQ…

VASİF TALIBOVDAN SONRA NAXÇIVANIN STATUSU DƏYİŞƏ BİLƏR – REFERENDUMA HAZIRLIQ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələnin müzakirəsində bəziləri tez-tez müxtəlif beynəlxalq sənədlərə, Qars müqaviləsinə, Moskva sənədinə istinad edir, tamamilə məntiqsiz yanaşmadır, hüquqi əsası yoxdur və bu Azərbaycan Respublikasının Konstitusiyasında aydın şəkildə yazılıb.

Tribuna.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, Naxçıvanın statusu ölkə Konstitusiyası ilə müəyyən olunur, deməli Ana Yasanın referendumla dəyişdirilməsi baş verəcəksə, yeni redaksiyada da Naxçıvanın statusu müəyyən edilə bilər və buna heç bir beynəlxalq sənədlər mane ola bilməz:

“Azərabaycan Respublikası Konstitusiyasının 134-ci maddəsinin 2-ci bəndi:
II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.
Artıq illərdir bu haqda yazırıq: Ölkənin gələcək inkişafı, idarəetmənin təkmilləşdirilməsi və iqtisadi-sosial problemlərin, hətta Xankəndi məsələsinin həlli üçün məmləkətdə yeni Konstitusiyası qəbul edilməli, unitar dövlət olan Azərbaycanda Qarabağ, Şərgi Zəngəzur və Naxçıvan da daxil olmaqla 14 inzibati ərazi vahidi yaradılmalı (indiki 14 iqtisadi rayonlara uyğun şəkildə), yerli özünüidarə gücləndirilməli və Mer institutları təsis edilməlidir. Hakimiyyətin qolları arasında səlahiyyət və məsuliyyət bölgüsü klassik idarəetmə fəlsəfəsinə görə müəyyənləşdirilməlidir – gecikmədən bu addımların atılması vacibdir”.

Nigar

Tribuna.az