VASİF TALIBOV ÜÇÜN “ƏCƏL ZƏNGİ” – NAXÇIVANDA PROSESLƏR NECƏ BİTƏCƏK?

VASİF TALIBOV ÜÇÜN “ƏCƏL ZƏNGİ” – NAXÇIVANDA PROSESLƏR NECƏ BİTƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Tribuna.az-ın analitik şöbəsi təhlil edir ki, muxtar respublikada gedən həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir. Burada hər hansı siyasi amil yoxdur.
Naxçıvan gömrüyündə hələ Səfər Mehdiyevdən qalma oturuşmuş korrupsiya sistemi olub. Odur ki, Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi ilə bağlıdır. Hər il Naxçıvana dövlət büdcəsindən 500 milyon manat dotasiya verilir. Naxçıvanın öz gəliri isə 180 milyon manat göstərilir. Amma əslində bu, real rəqəm deyil. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar. Gələn xəbərlərə görə, bu proses Vasif Talıbovun Ali Məclis sədri postundan uzaqlaşdırılması ilə yekunlaşacaq. Lakin bilgilərə görə, ona qədər daha bir neçə korrupsioner məmur həbsi gözlənilir.

Tribuna.az