VARDANYAN VƏZİFƏDƏN GETSƏ DƏ…

VARDANYAN VƏZİFƏDƏN GETSƏ DƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruben Vardanyanın Qarabağdakı tərəfdarları onun istefasını istisna etmirlər, ancaq onu da əlavə edirlər ki, o Qarabağı tərk etməyəcək.

Tribuna.az-ın məlumatına görə, bu barədə danışan politoloq Elxan Şahinoğlunun fikrincə, bu məsələyə konseptual yanaşmaya ehtiyac var:

“Tələbimiz Qarabağda doğulmayanların, ermənilərlə yanaşı digər millətlərin nümayəndələrinin bölgəni tərk etməsi olmalıdır. Çünki Ruben Vardanyan Qarabağda “vəzifəsi” olmadan da Azərbaycana qarşı təxribatlarını davam etdirəcək”.