Erməni separatçılarının 10 gündür çalışdıqları mitinq dünən Xankəndi şəhərinin mərkəzində baş tutdu. Erməni milyarder Ruben Vardanyan 30 oktyabr aksiyasında olduğu kimi, mitinqdə kütləviliyi təmin etmək üçün yenə kisənin ağzını açdı. Vardanyan Xankəndi ətrafından gələnlərin nəqliyyat xərclərini də yenə üzərinə götürüb. Bundan başqa o, iştirakçıların hər birinə gəldikləri məsafədən asılı olmayaraq 30-40 dollar paylayıb.
Bu sözləri Tribuna.az-a politoloq Turan Rzayev açıqlamasında deyim. Onun fikrincə, mitinqdə diqqətçəkən əsas məqam Xankəndidə məskunlaşan sadə ermənilərin mitinqə gəlməyə məcbur edilməsidir:
“Separatçılar aksiyada iştirak etmək istəməyənləri işdən qovacaqları ilə hədələyib. Bu da azmış kimi, Xankəndi sakinlərinin sosial şəbəkə hesabları izlənilir, təftiş edilir. Hətta aksiya əleyhdarı olan bir çox erməninin döyüb işgəncə verilməsinə dair faktlar var.
Vardanyan mitinqdə çıxışı zamanı Bakıya qarşı açıq şəkildə müharibə elan edib: “Azərbaycana inteqrasiya olunuruq, burdan köçüb gedirik, savaşırıq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacam, buradan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir”. Vardanyan bununla son sözünü demiş oldu”.
Ekspert bildirib ki, rəsmi Bakı indiki məqamda həm Ermənistana, həm separatçılara, həm də digər üçüncü tərəf sayılacaq qüvvələrə layiqli cavab verməli, ən yaxşı halda Şuşa-Laçın yolundakı aksiyaların miqyasını artırmalıdır:
“Konkret desək, aksiyalara dövlət dəstəyi verilməli, mövcud aksiyaçı sayı 5-10 misli artırılmalıdır. Beləcə, Laçın yolunda aksiyanın davamlılığı və nəzarətin müəyyən qədər artırılması ola bilər”.
Nigar









