VARDANYAN QARABAĞI TƏRK ETMƏSƏ, HƏRBİ ƏMƏLİYYATLAR BAŞLAYACAQ

VARDANYAN QARABAĞI TƏRK ETMƏSƏ, HƏRBİ ƏMƏLİYYATLAR BAŞLAYACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vardanyan Qarabağı tərk etməlidir. Onun qanunsuz şəkildə Xankəndinə gəlməsi və Azərbaycanla bağlı açıqlamaları sülh prosesinə zərər gətirir.

Tribuna.az-ın xəbərinə görə, bu fikirlərlə politoloq Zaur Məmmədov çıxış edib. O qeyd edib ki, əgər aidiyyəti faktorlar Vardanyanı və hərbi birləşmələri oradan çıxartmasalar, yeni hərbi əməliyyatlar labüd olacaq:

“Əlbəttə, başa düşürük ki, onu ora gətirməyin əsas məqsədi yerli əhali ilə Bakı arasında danışıqların baş tutmasına mane olmaq idi. Həmin dairələr məqsədlərinə çatdılar. Vardanyan həm də Qərbdə təsir imkanlarına malikdir. Separatçılar Vardanyanın simasında beynəlxalq dairələr ilə münasibətlərini legitimləşdirmək istəyirlər”.

Nigar

Vardanyan