“Ruben Vardanyan etnik ermənidir, ancaq Rusiya biznes elitasının nümayəndəsidir”.
Tribuna.az yazır ki, politoloq Yeganə Hacıyeva maraqlı bir analogiya aparıb. Onun sözlərinə görə, Qarabağda son 22 ( ilk dəfə 2000 ci ildə gəlib Qarabağa) ildə ələ keçirdiyi bütün resurslardan faydanı onun özündən başqa həm də Rusiya götürüb.
“İndi də Vardanyan Rusiyanın xeyrinə qızıl , mis və molibden yataqlarını ələ keçirir. Məsələn , keçən ay Rusiyanın keçmiş kənd təsərrüfatı naziri , ologarx Aleksandr Tkaçevin şirkəti Ukraynanın ilhaq edilmiş ərazilərində 1,6 min kvadrat kilometrdən çox kənd təsərrüfatı sahəsini ələ keçirib. Bu eyni siyasət, oxşar hadisələrdir. Qarabağı Rusiya biznes elitasından olan erməni talayır”.










