Bəzi ölkələr, o cümlədən Böyük Britaniya, Niderland, ABŞ, Fransa və İsveçdə uşaqlar arasında kəskin respirator xəstəliklərinin geniş yayılması müşahidə olunur.
Tribuna.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaq xəstəlikləri üzrə eksperti Uilson Uerin sözlərinə görə, uşaqlar arasında, xüsusən də 10 yaşdan aşağı uşaqlarda kəskin respirator xəstəliklərinin yayılması müşahidə edilir:
“Xəstəlik payız və qış ayları üçün səciyyəvi olan səviyyədən yüksəkdir”.
Böyük Britaniya, Niderland, ABŞ, Fransa və İsveçdə qrip şikayəti ilə xəstəxanaya müraciət edən uşaqların sayı kəskin artıb. Uşaqlarda kriptokok infeksiyası ilə bağlı faringit və dəri xəstəliklərinə yoluxma halları da artıb.
Ekspertin sözlərinə görə, xəstəliyin artması COVID-19 xəstəliyinə yoluxmadan sonra nisbətən normal vəziyyətə qayıtmaqla bağlı ola bilər. Ehtimal ki, bəzi uşaqlar əvvəllər infeksiyaya tutulmayıb, bu səbəbdən də onlarda immunitet əmələ gəlməyib.
Ekspertlər yoluxmadan qorunmaq üçün hər şeydən əvvəl gigiyenaya riayət etməyi məsləhət görür.
Nigar
Tribuna.az









