Ukrayna Silahlı Qüvvələrinin (USQ) Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat milli telemarafonun efirində deyib ki, belə hava hücumundan müdafiə sistemləri arasında hətta obyekti görünmə zonasında olduqda belə düşmən hədəflərini məhv edən atıcı silahlar və ağır pulemyotlar var.
“Bütün bunlar bir hava hücumundan müdafiə sistemdir, hansı ki, monitorinq aparır və aşkarlayır.
Əgər qaranlıqda, onda bunlar vizual istinadla işləyə bilən vasitələr deyil – onlar hədəfi görməlidirlər, ona görə də düşmən gecə saatlarında dronlardan istifadə edir”, – deyə İqnat bildirib.
O, Rusiya tərəfindən İranın pilotsuz təyyarələrindən istifadəsində müəyyən tendensiya olduğunu vurğulayıb: “Ruslar adətən hücumlara saat 22:50-də başlayırlar, sonra 23:00-da gecəyə keçməklə səhər saat 5:00-a qədər həmin dronlarla işləyə bilərlər”, – deyə o qeyd edib.
Qeyd edək ki, ötən gecə rusiya hərçiləri İranın pilotsuz təyyarələri ilə Nikolayev rayonuna hücum ediblər. Eyni zamanda Kiyevdə hava hücumu ilə bağlı həyəcan siqnalı verilib.
Paytaxtın Şevçenkovski və Solomenski rayonlarında da partlayışlar baş verib. Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya İrana məxsus 35-ə yaxın pilotsuz uçan aparatla hücum edib. Bildirilir ki, onlardan 30-u hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. “USQ hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşrirə bilmədikləri PUA-lar paytaxtın infrastruktur obyektinə və fərdi yaşayış evlərində çırpılaraq dağıntıya səbəb olub. İlkin məlumata görə, iki yaralının olduğu bildirilir. Paytaxtın özündə də xoşbəxtlikdən insan tələfatı olmayıb”, – deyə verilən məlumatda bildirilir.
Rusiyanın Kiyevdəki zərbələri ilə əlaqədar olaraq təcili işıqlandırma tətbiq edilib. Bir gün əvvəl Ukrayna kəşfiyyatı Rusiyanın İran pilotsuz təyyarələrinin yeni partiyasını aldığını bildirmişdi.









