Uşaqdan böyüyə hamını xəstələndirən və tüğyan edən viruslarının səbəbi yanvar ayının havasıdır. İsti hava Avropanın bir çox ölkələrində müşahidə olunur. Bu səbəbdən xəstəlik, virus da hər yerdə yayılıb.
Tribuna.az bildirir ki, bu barədə danışan pediatr Vaqif Qarayev indiki xəstəliklərin müxtəlif variasiyalarda getdiyini bildirib:
“1-ci hal tək yüksək qızdırmadır, 2-ci hal qızdırma+boğaz ağrısı.
3-cü hal qızdırma +öskürək+burun tutqunluğu.
4-cü hal isə qızdırma+qusma, ishal ilə müşahidə olunan xəstəliklərdir.
Ümumi infeksion əlamətlər də öz yerində.
Ən çox narazılıq yaradan qızdırmanın aqressivliyi və dərmana tabe olmamasıdı. Bu da dərmanların keyfiyyəti ilə bağlıdır.
Amma dərman qəbulundan sonra qızdırmanın normaya düşməsinə də çalışmayın. Bu heç lazım da deyil.
Uşaqlarda qızdırma üç gündən artıq davam edərsə, müləq müayinə olunmalıdılar. Özbaşına antibiotik qəbulu vəziyyəti ağırlaşdıra bilər”.
Pediaatr bildirib ki, üç yaşına qədər uşaqlarda qusma və ishal varsa, ilk gündən mütləq həkim nəzarətində olmalıdılar:”Xalq təbabətindən istifadə qadağan deyil. Hamını nənə-babalarımız belə böyüdüb. Amma təhlükəli məqamları qeyd etdim. Çox vaxt həkimsiz keçinmək olmur!
Ənənəvi təhlükə yenə də qalır-xəstə uşaqların kollektivə getməsi! Valideynləri narahat edən məsələlərdən biri də uşaqların sağalandan sonra təkrar yoluxmasıdır. Kollektivə gedən uşaq sağalandan sonra təkrar başqa virusla yoluxur! Mümkün qədər uşaqları qoruyun”.
Tribuna.az










