Urmu gölündə suyun səviyyəsi 49 sm daha azalıb. Bununla da gölün demək olar ki, 94 faizi qurumuş hesab olunur.
Tribuna.az xəbər verir ki, gölünün sahəsi ötən illə müqayisədə 1139,96 kvadrat kilometr azalıb. Hazırda gölün sahəsi 938,10 kvadrat kilometrdir.
Göldə suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,41 milyard kubmetr, uzunmüddətli dövrdə isə 15.70 milyard kubmetr azalıb.
Tribuna.az









