3 ay müddətində Unibank-ın Leobank kartından istifadə etdikdən sonra bu kart haqda rey yazmaq istərdim. Təcrübəmi sizinlə də bölüşmək istəyirəm ki, kimsə bu tələyə düşməsin.
Tribuna.az-ın məlumatına görə, Leobank kartının yaratdığı problemlərdən yazan şikayətçi Fuad Hafiz bildirib ki, əsasən zaminsiz və pulsuz verilən bu kart, başqa banklardan fərqli olaraq, istifadə olunan vəsaitə görə hər ayın üçün 2.3 faiz tutur:
“Bu illik 27 faiz edir (təqribən 30%). Bu, hətta ölkədəki banklar arasındakı faizə görə belə çox böyük rəqəm və açıq aydın soyğunçuluqdur!.
Bankın müştəri xidmətinə də bildirdim iradımı. İndi aydın olur ki, niyə bu kartı hamıya pulsuz və hətta zaminsiz paylayırlar. Bugündən kartın məbləğini bağlayıb ondan imtina edirəm və hər kəsi diqqətli olmağa çağırıram. Ayıq olun, 30 faizlik sələm tələsinə düşməyin”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Tribuna.az










