2022-ci ilin 9 ayını bankların 23-ü xalis mənfəət ilə, 3-ü xalis zərər ilə başa vurub. Tribuna.Az-ın İqtisadiyyat şöbəsi məlumat verir ki, 9 ayı zərərlə başa vuran Pakistan Milli Bankı, “Unibank” və “Bank BTB” olub. Belə ki, Pakistan Milli Bankının 349 min mənfi saldosu var. “Unibank”da bu rəqəm 577 min manatdır. Amma ” Bank BTB” daha çox zərər edib. Onun mənfi nəticələri 5 milyon, 714 min manatdır. İqtisadçılar buna səbəb banklara olan etimadın azalması, xidmət səviyyəsinin aşağı düşməsi, müştəri məmnuniyyətinin aşağı olmasıdır.










