“UNİBANK, BU NƏ BİABIRÇILIQDIR?” – MÜŞTƏRİ YAZIR…

“UNİBANK, BU NƏ BİABIRÇILIQDIR?” – MÜŞTƏRİ YAZIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank” müştərisi Bəli Quliyev şikayətçidir. Tribuna.az bildirir ki, müştəri bankın biabırçı xidmət göstərdiyini ictimailəşdirib. Onun sözlərinə görə, digər bank kartlarını etibarnamə əsasında almaq olar: “Mən başa düşə bilmirəm indi xarici ölkədəyəm, fiziki almaq imkanım yoxdur, etibarnamə verdiyim şəxs niyə bunu ala bilməz ?
Ucarda alıb sizə xeyir vermək istəyirəm içinə pul qoyum, əməliyyat edim, siz də müştəri qazanmaq əvəzinə deyirsiniz özünüz yaxınlaşın.
Yaxşı, təyyarəyə əyləşim bir karta görə gəlim Bakıya alıb geri qayıdaram. Bir hərdən xarici həmkarlarınıza baxın təcrübə götürün, öyrənin, inkişaf edin. Kanadanın bank kartını bankda almaq lazım deyil. Banka yaxınlaşıb həm sifarişi fiziki, həm də onlayn verirsən. Göstərdiyin adresə özləri şəxsən göndərirlər. Aktivləşdir istifadə et.
Yoxsa Azərbaycan bankları adi bir debit kart açmaq üçün nəslinin məlumatlarını ver, gəl banka qol çək, bunu imzala, gözlə, sonra növbə götür, kart hazır olanda təzədən gəl götür”

Tribuna.az