ÜLKÜCÜ GƏNCİN QƏTLİNDƏ İFADƏLƏR ÜZƏ ÇIXDI, KILIÇDAROĞLU MHP-YƏ SƏSLƏNDİ

ÜLKÜCÜ GƏNCİN QƏTLİNDƏ İFADƏLƏR ÜZƏ ÇIXDI, KILIÇDAROĞLU MHP-YƏ SƏSLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Ülkü Ocaqlarının keçmiş başqanı Sinan Atəşin qətli işi üzrə saxlanılan Vədat və Həsənin istintaqa ifadələri üzə çıxıb. Tribuna.az Türkiyə mediasına istinadla xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Eray adlı şəxsi motosikletlində Vedat daşıyıb. Sonuncu ifadəsində deyib, Eray ona “kiçik bir hesabım var, məni qabaqda gözlə” deyib. O da irəlidə Erayı düşürdüb gözləyib. Sonra silah səsləri eşidib, Erayı yenidən götürüb ərazidən uzaqlaşıb. Həsən isə bu cinayətlə əlaqəsi olmadığını bildirib. Bu işdə CHP lideri Kamal Kılıçdaroğlu ad çəkmədən MHP-ni tənqid edib.

Tribuna.az