UKRAYNAYA BU SİLAH VERİLSƏ… RUS ORDUSU ÜÇÜN CƏHƏNNƏM VARİANTI – FAKT

UKRAYNAYA BU SİLAH VERİLSƏ… RUS ORDUSU ÜÇÜN CƏHƏNNƏM VARİANTI – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu da “Vampir”lə təmin olunmalıdır. Pentaqon ABŞ Silahlı Qüvvələrini müxtəlif pilotsuz uçuş aparatları ilə mübarizə apara bilən “Vampir” anti-dron sistemi ilə təmin edəcək. Bu silaha hazırda ən çox ehtiyacı olan ölkə Ukraynadır.
Tribuna.Az xəbər verir ki, bu sözləri İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli deyib. O bildirib ki, bu haqda məlumatı “Defence News” ABŞ Müdafiə departamentinin sözçüsü general Pat Rayderə istinadən yayıb.
Jurnalist əlavə edib ki, Qərb Ukraynanı da bu cür silahlarla təmin etməlidir:
“İranın ucuz “Şahid-136” dronlarından istifadə edən Rusiya Ukraynanı xaraba qoyur. Amerika isə Ukraynaya hərbi yardım məsələsində çox ləng tərpənir. Ukraynaya bu cür silahlar verilsə, daha az itki ilə daha tez nəticə əldə etmək olar”.
“İndiki halda Qərb Ukrayna deməkdir. Ukraynanın məğlubiyyəti Qərbin məğlubiyyətidir. Ona görə də Ukraynanı sürətlə silahlandırmaq lazımdır” deyə, E.Həsənli əlavə edib.

Nigar