Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində 17 nəfər ölüb, onlarla yaralı var

Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində 17 nəfər ölüb, onlarla yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində azı 17 sakin həlak olub, daha 40 nəfər yaralanıb.

TİA.AZ-ın məlumatına görə, bu barədə “RBK-Ukraina” Zaporojye şəhər şurasının katibi Anatoli Kurtevə istinadən xəbər yayıb.

Zərbələr nəticəsində şəhərin özəl sektorunun yaşayış binalarına və küçələrinə ziyan dəyib.

“İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur”, – Kurtev qeyd edib.

O, sakinləri dağıntıları təmizləməyə kömək etməyə çağırıb.

Xatırladaq ki, Rusiya hərbçiləri gecə ərzində Zaporojyeni iki dəfə raket atəşinə tutublar.