Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın bir neçə vilayətinə hücum edib.
Tribuna.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində Moskva vilayətində 5 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.
Qubernator bildirib ki, əsas dağıntılar Çexov bələdiyyə dairəsində qeydə alınıb. Novoselki qəsəbəsinin sənaye zonasında bir neçə yanğın baş verib, elektrik yarımstansiyası və inzibati bina zədələnib. Solnışkovo kəndində isə PUA qalıqları fərdi yaşayış evinə və avtomobilə ziyan vurub.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko isə bildirib ki, bölgə üzərində daha 17 pilotsuz uçuş aparatı vurulub. Hücum nəticəsində bir nəfər xəsarət alıb. Tosno rayonunun Krasnı Bor qəsəbəsi yaxınlığındakı anbar zonasında zədələnmə qeydə alınıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, bölgə üzərində 40-a yaxın pilotsuz uçuş aparatı məhv edilib. O qeyd edib ki, ilkin məlumata əsasən, ölən və ya xəsarət alan yoxdur, dağıntılarla bağlı məlumat dəqiqləşdirilir.









