UKRAYNALI DİVERSANTLAR BRYANSK VİLAYƏTİNƏ DAXİL OLDU

UKRAYNALI DİVERSANTLAR BRYANSK VİLAYƏTİNƏ DAXİL OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz teleqram kanalında bildirib ki, bu gün bir qrup ukraynalı diversant Klimovski rayonu ərazisinə soxulub, avtomobilə atəş açıb, bir nəfər ölüb.

Tribuna.az “Ria-Novosti” nəşrinə istinadən xəbər verir ki, Fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib ki, ilkin məlumata görə, Bryansk vilayətinin Klimovski rayonunun Suşanax kəndindəki mağazada bir neçə nəfər girov götürülüb.
Hadisənin başvermə şəraiti və işğalçıların kimliyi araşdırılır.
Eyni zamanda qubernatorun səlahiyyətlərini icra edən müavini bildirib ki, Bryansk vilayətində məktəbli avtobusunun atəşə tutulması ilə bağlı məlumat həqiqətə uyğun deyil.
Həmçinin Bryansk vilayətinin Starodubski rayonunun Lomakovka kəndi minaatanlardan atəşə tutulub, itki yoxdur, bir neçə evə ziyan dəyib.