Rusiya ordusunun Ukraynanın Donetsk vilayətində atdığı raketin yaşayış binasını vurması nəticəsində 3 nəfərin öldüyü, 8 nəfərin yaralandığı açıqlanıb.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Birliyinin verdiyi açıqlamada Donetsk vilayətinin Kramatorsk şəhərində 4 mərtəbəli yaşayış binasının raketlə vurulması nəticəsində dağıldığı bildirilib.
Açıqlamada hadisə yerinə sövq edilən axtarış-xilasetmə qruplarının 3 nəfərin cəsədini dağıntılar altından çıxararaq 2 nəfəri xilas etdiyi, 8 nəfərin isə yaralandığı bildirilib.









