Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 68900 (+480) nəfər canlı qüvvəsi, 2628 (+17) tank, 5351 (+30) zirehli döyüş maşını, 1686 (+12) artilleriya sistemi, 379 (+2) reaktiv yaylım atəşi sistemi, 192 (+2) hava hücumundan müdafiə sistemi, 271 təyyarə, 248 helikopter, 1379 (+7) PUA, 350 qanadlı raket, 16 gəmi, 4076 (+22) avtomobil texnikası və avtosistern, 149 xüsusi texnikası məhv edilib.










