Ukrayna və Rusiya 300-ə 300 formatında hərbi əsir mübadiləsi etdi

Ukrayna və Rusiya 300-ə 300 formatında hərbi əsir mübadiləsi etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Rusiya hərbi əsirlərin mübadiləsinin ikinci mərhələsini həyata keçirib. Tərəflər martın 6-da “300-ə 300” formatında əsirləri dəyişiblər.

Tribuna.az xəbər verir ki,bundan əvvəl, martın 5-də tərəflər “500-ə 500” mübadilə planının ilk mərhələsini həyata keçirmiş və hər iki ölkəyə 200 hərbçi geri qayıtmışdı.

Ukrayna prezidenti Volodymyr Zelenskyy bildirib ki, 300 hərbçi ilə yanaşı, Ukraynaya iki mülki vətəndaş da qaytarılıb.

Onun sözlərinə görə, geri qayıdanlar arasında Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya və sərhəd xidmətinin hərbçiləri var.

“Onların arasında əsgərlər, çavuşlar və zabitlər var. Onlar Donetsk, Luqansk, Xarkov, Zaporojye, Xerson istiqamətlərində, həmçinin Mariupolda Ukraynanı müdafiə ediblər. Əksəriyyəti bir ildən çox idi ki, əsirlikdə idi, bəziləri isə 2022-ci ildən bəri əsir düşmüşdü”, – deyə Zelenski qeyd edib.

O əlavə edib ki, Ukrayna bütün əsirlərin geri qaytarılması üçün səylərini davam etdirəcək.

İmran Kərimli