Ukrayna məhkəməsi rusiyalı hərbi pilotu 12 il müddətinə azadlıqdan məhrum edib.
Tribuna.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
Məlumata görə, sözügedən pilotun idarə etdiyi təyyarə ötən ilin mart ayının əvvəlində Xarkov yaxınlığında vurulduqdan sonra qəzaya düşüb: “Rusiya Silahlı Qüvvələrinin pilotu müharibənin qanun və adətlərini pozmaqda təqsirli bilinib”.
Baş Prokurorluq pilotun adını açıqlamasa da, Rusiya hüquq-mühafizə orqanları burada söhbətin mayor Aleksandr Krasnoyarçevdən getdiyini bildirib.









