Ukrayna ordusu yenidən Kursk vilayətinə, o cümlədən Rılskda güc transformatoruna hücum edib.
Tribuna.az-ın xəbərinə görə, bu barədə Rusiyanın regional rəhbəri Aleksandr Xinşteyn məlumat verib.
“Ukrayna ordusu Rılskın Borovskom rayonundakı transformator yarımstansiyasına hədəfli hücuma keçib”, – o qeyd edib.
Xinşteynin sözlərinə görə, vəziyyət buna görə də sıradan çıxıb və iki qazanxana hələ də fəaliyyət göstərmir.
“İlkin məlumatlara görə, itki yoxdur”, – Rusiya vilayətinin başçısı bildirib. Hazırda üç minə yaxın insanın işıqsız qaldığı məlumatı verilib.
Dəniz Pənahova









