Luqansk vilayətinin Stelmaxovka kəndi Ukrayna Ordusunun nəzarətinə keçib.
Bu barədə Luqansk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday bildirib. Sergey Qayday deyib ki, artıq rəsmən Stelmaxovka kəndinin azad edildiyini açıqlayır. O, kənddən foto da paylaşıb.
***
Luqansk vilayətində artıq 7 yaşayış məntəqəsi Ukrayna Ordusunun nəzarətinə keçib.
Bu barədə Luqansk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday bildirib.
Qeyd edilib ki, Svatovsk rayonunun Novolyubovka, Nevskoye, Qrekovka, Novoeqorovka, Nadejda, Andreevka və Stelmaxovka kəndləri azad edilib.









