Ukrayna müharibəsində həlak olan rusların real sayı açıqlanıb

Ukrayna müharibəsində həlak olan rusların real sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) internetə sızdırılan məxfi sənədlərində Rusiyanın Ukrayna müharibəsində həlak olan hərbçilərinin sayını necə gizlətdiyinə dair yeni məlumatlar ortaya çıxıb.

Tribuna.az  xarici KİV-ə istinadla xəbər verir ki, məxfi sənəddə Rusiya FSB-si Müdafiə Nazirliyini müharibə itkilərini gizlətməkdə ittiham edib.

Sözügedən sənədlər komandanlığın müharibə ilə bağlı real vəziyyəti Putinə çatdırmaqdan çəkindiyini ortaya qoyub.

Ortaya çıxan kəşfiyyat sənədlərinə görə, Müdafiə Nazirliyi ölənlərin sayını hesablayarkən Rusiya Milli Qvardiyasını, “Vaqner”i və çeçenləri nəzərə almayıb. Bu səbəbdən də FSB-lə Müdafiə Nazirliyi arasında ciddi fikir ayrılqları yaranıb.

FSB Rusiyanın müharibədə 110 minə yaxın hərbçi itiridiyini bildirsə də, Müdafiə Nazirliyi bu rəqəmin 5937 olduğunu bəyan edib.

FSB-nin təxminlərinə görə, Ukraynadakı işğal zamanı 43 min rus hərbçisi həlak olub.