Ukraynada gedən müharibə Azərbaycanın neft və qaz gəlirlərinə mənfi təsir göstərib.
Tribuna.az xəbər verir ki, bu il neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 21,8 milyon manat olması proqnozlaşdırılırdı. Lakin ilin sonuna daxilolmaların 12,7 milyon manat və ya 58,3 faiz olması gözlənilir.
Daxilolmaların azalmasına səbəb Ukraynada davam edən münaqişələr və Qara Dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlərdir. Həmçinin Qərb İxrac Boru Kəməri üzrə daşınmaların dayandırılması da gəlirlərin azalmasına səbəb olub.
Nigar









