Ukrayna konsulu açıq-saçıq şəkillərinə görə işdən çıxarıldı – Foto

Ukrayna konsulu açıq-saçıq şəkillərinə görə işdən çıxarıldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna fəxri konsulu qalmaqallı fotolara görə vəzifədən uzaqlaşdırıb.
Tribuna.az xəbər verir ki, Ukrayna Viktoriya Yakimova ilə bağlı qalmaqallı qərar qəbul edib. O, Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılıb.
Məlumata görə, Yakimova Dominikan Respublikası üzrə fəxri konsul təyin olunduqdan qısa müddət sonra sosial şəbəkələrdə yayılmış açıq-saçıq fotolar səbəbilə ciddi ictimai narazılıq yaranıb.
Nazirlik yayılan materialların “kəskin mənfi reaksiyaya” səbəb olduğunu bildirərək əlavə araşdırma apardığını və nəticədə onun konsul patentinin ləğv edildiyini açıqlayıb.
Qeyd olunur ki, qalmaqal təkcə açıq fotolarla bağlı olmayıb. Sosial mediada Yakimovanın rus milli baş geyimi – “kokoşnik” ilə görüntülərinin yayılması da Ukraynada əlavə narazılıq doğurub.

Xatırladaq ki, Yakimova mart ayında bu vəzifəyə təyin olunmuşdu və konsulluq Dominikan Respublikasının La Romana şəhərində fəaliyyətə başlamışdı. Qalmaqallara münasibət bildirən Yakimova isə model kimi keçmişini gizlətmədiyini və insanın karyerasını dəyişməsinin normal olduğunu deyib. Onun sözlərinə görə, müasir qadın istədiyi sahədə özünü reallaşdırmaq hüququna malikdir.
Ukrayna XİN bu hadisədən sonra fəxri konsulların seçimi və yoxlanılması prosedurlarının daha da sərtləşdiriləcəyini də açıqlayıb.