Ukrayna Hərbi Kəşfiyyatının (GUR) “Prizraki” (Xəyallar) bölməsi müvəqqəti işğal olunmuş Krımda Rusiya hava hücumundan müdafiə sistemlərinə zərbə endirib və bir ədəd Ka-27 tipli helikopteri yandırıb.
Tribuna.az xəbər verir ki, əməliyyatın görüntüləri GUR tərəfindən yayımlanıb.
Zərbə nəticəsində dəniz qüvvələri üçün nəzərdə tutulmuş çoxfunksiyalı Ka-27 helikopteri və bir neçə Rusiya HHM sistemi məhv edilib. Məlumatlara görə sıradan çıxarılan avadanlıqlar bunlardır:
→ “Lira-A10” aerodrom radiolokasiya kompleksi
→ 55J6U “Nebo-U” radiolokasiya stansiyası
→ Gümbəz konstruksiyasında “Nebo-SV” radiolokasiya stansiyası
→ P-18 “Terek” radiolokasiya stansiyası
Məlumata əsasən, rusiyalı hərbçilər kəşfiyyat dronlarını “Pantsir-S1” zenit-raket kompleksindən buraxılan raketlə vurmağa cəhd ediblər, lakin pilotsuz aparat manevr edərək zərbədən yayınmağı bacarıb. Bu an, Krım səmasında uçan köçəri quşlarla birlikdə kadra düşüb.
İmran Kərimli









