Ukrayna Dağıstanda Rusiyanın raket daşıyan gəmisinə zərbə endirib

Ukrayna Dağıstanda Rusiyanın raket daşıyan gəmisinə zərbə endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu mayın 7-nə keçən gecə Rusiyanın Dağıstandakı 22800 layihəli “Karakurt” tipli raket daşıyan raket gəmisinə zərbə endirib.

Tribuna.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, “Kaspiysk”də bazalanan gəmi “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olub. Gəmiyə dəyən ziyanın miqyasının dəqiqləşdirildiyi bildirilib.

Qeyd olunub ki, bu, son bir həftə ərzində vurulan ikinci “Kalibr” daşıyıcısıdır.