UFC prezidenti Nurməhəmmədov-Meyvezer döyüşündən danışdı

UFC prezidenti Nurməhəmmədov-Meyvezer döyüşündən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UFC prezidenti Deyna Uayt Həbib Nurməhəmmədovla Floyd Meyvezer arasında baş tutması gözlənilən görüş barədə danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, ESPN telekanalına açıqlamasında bunun şayiədən başqa bir şey olmadığına işarə vurub:

“Buna fikir verməyin. Hər şeydən əvvəl Meyvezerin komandası bizə, ümumiyyətlə, müraciət etməyib. Həbibin isə UFC ilə qüvvədə olan müqaviləsi mövcuddur”.

 Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrın 14-də amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb. Meyvezer isə bildirib ki, Nurməhəmmədov boks qaydaları ilə döyüşməyə razılıq versə, buna hazırdır.