ÜÇÜNCÜ QARABAĞ SAVAŞI QAPIDA…

ÜÇÜNCÜ QARABAĞ SAVAŞI QAPIDA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçüncü savaş qaçılmazdır, zəruridir və sülh müqaviləsini də özüylə gətirəcək, Qarabağdakı terrorçu varlığını bitirəcək.

Tribuna.az xəbər verir ki, bu barədə siyasi şərhçi Əziz Əlibəyli fikir bildirib. Bu gün reallaşacaq Putin Paşinyan görüşü barədə danışan ekspert əlavə edib ki, bu dəfə genişmiqyaslı antiterror əməliyyatı həyata keçirəcək:
“6 rayonumuz atəşə tutulur, həm Qarabağda, həm də sərhəddə. Şuşa atəşə tutulur və sülhməramlılar tamaşa edir. Kəlbəcər Ermənistan tərəfdən atəşə tutulur. Xocavənd və Xocalı Qarabağdakı separatçılar tərəfindən atəşə tutulur. Həmçinin Füzuli də atəşə tutulur. Azərbaycanda indi nə etməlidirsə, onu da edəcək. Laçın yolunu bağlayacaq. Bu dəfə genişmiqyaslı antiterror əməliyyatı həyata keçirəcək. Ələ keçirilən terrorçular mühakimə ediləcək. “Artsakhbank” əməliyyatları blok ediləcək. Qaldı İrəvan… Bu baş verənlərin hamısı Putinin İrəvana səfərinə görə hazırlanmış ssenaridir. KTMT isə artıq Ermənistanın üzv olduğu kollektiv təhlükəsizlik təşkilatı deyil, Azərbaycanın dostlarının düşərgəsidir.

 


Üçüncü savaş beləcə qaçılmazdır, zəruridir və sülh müqaviləsini də özüylə gətirəcək, Qarabağdakı terrorçu varlığını bitirəcək. Ona görə hazırda Putin Əliyevə zəng edib, İsrail prezidenti Əliyevə zəng edib.
Həmçinin İran səfiri Qafanla bağlı konkret planları (Zəngəzur dəhlizini bağlamaq) olduğunu açıqladı. İran, Hindistan və Fransa maliyyəti yüz milyonlarla ölçülən silahlar ötürür”.

Ə.Əlibəyli sonda Qondarma “DQR” TŞ-nin katibi Vitali Balasanyanın bəyanatını əlavə edib:
““Artsax Respublikası”nın silahlı qüvvələri buraxılmayacaq. Əksinə, ordunun müasir şəraitə uyğunlaşdırılması üçün struktur dəyişiklikləri edilib. “Artsax Respublikası”nın heç bir dövlət orqanı buraxılması ilə bağlı təkliflər səsləndirməyib. “Artsax Respublikası”nın hərbi-siyasi hakimiyyətinin vahid nöqteyi-nəzəri ondan ibarətdir ki, “Artsax”ın silahlı qüvvələri nəyin bahasına olursa olsun qorunub saxlanılsın, müasir insan və texniki vasitələrlə təmin olunsun və silahlı qüvvələrin döyüş tapşırıqlarını yerinə yetirməsi təmin edilsin”.

Nigar

Tribuna.az