Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlının qanunsuz əməllərindən bezmişik. Biz, əlliliyi olan şəxslər dərmanlarımzı və tibbi ləvazimatlarımızı xəstəxanadan ala bilmirik. Verilən dərmanların çoxu isə dəyişdirilib ucuz dərmanlar verilir. Hansı ki dövlət ayırdığı dərmanlar bahalı və keyfiyyətlidir.
Bu sözləri Tribuna.az-a Ucar rayon sakinləri ünvanladıqları şikayət məktubunda qeyd edib. Şikayətçilər qeyd edib ki, Ucar rayon Xəstəxanasında müayinə və müalicə yaxşı olmadığı üçün rayon sakinləri müalicə üçün qonşu rayon xəstəxanalarına üz tuturlar. İcbari tibbi sığorta adı ilə terminala pul köçürəndə kartın Zeynal Bayramlının adına qeydiyyatda olması yazılır. Kəndlərdə tibb məntəqələrinin çoxu bərbad gündədir işləmir:
“Əlillik təyin edilməsi üçün ilk olaraq Ucar rayon xəstəxanasına üz tutan xəstələr elə bir süründürməçliklə üzləşirlər ki, az qala intihar etsinlər. Hamı Ucar rayon Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının fəaliyyətindən çox narazıdır. Zeynal Bayramlı 15 ildir ki, bu vəzifədədir. O, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırımın kürəkəninin qardaşıdır.
Biz, Ucar sakinləri Prezident İlham Əliyevdən və TƏBİB-in sədri Zaur Əliyevdən kömək istəyirik. Ümüd edirik ki, vətəndaşların haqlı şikayətləri nəzərə alınıb təcili və ciddi tədbirlər görüləcək”.
Ucar rayon sakinləri
1.Əliyev Rahim Çingiz oğlu 051 389-31-31
2.İbrahimov Nəsir Azər oğlu 055 288-26-90
3.Şirinov Raqif Ayaz oğlu 050 780-62-84
4. Eminov Fizuli Musarza oğlun
5. Həsənov Həsən Əli oğlu
Nigar
Tribuna.az









