Ötən il Bursada həbsxana işçilərini daşıyan servis maşınını partlatmaqda günahlandırılan terrorçu Zəki Gürbüz Suriyanın Həsəkə bölgəsində keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, Z.Gürbüz 2008-ci ildən türkiyənin müxtəlif ərazilərində terror aktları həyata keçirməkdə və planlaşdırmaqda günahlandırılırdı. 2012-ci ildə qanunsuz yollarla Türkiyədən Yunanıstana keçərək orada yaşayıb. Yunanıstanda saxlanılaraq həbs edilir. Türkiyə hökuməti terrorçunun ona təhvil verilməsini Yunanıstandan istəsə də, Yunanıstan buna əhəmiyyət verməyərək onu sərbəst buraxıb.
Yunanıstandan İraqa, oradan da Suriyaya keçməyi bacaran terrorçu keçirilən antiterror əməliyyatı nəticəsində məhv edilib.









