Samsunun Canik rayonunda iş yerindı meyiti tapılan Türkmənistan əsilli 21 yaşlı Nurşat Muhammedovanın 42 yaşlı sevgilisi Kənan Pala tərəfindən silahla sinəsindən güllələnərək öldürüldüyü məlum olub.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan Pala barəsində “qadını qəsdən öldürmə” maddəsilə cinayət işi açılıb və ona ömürlük həbs gözləyir.
Hadisə ötən il noyabrın 26-da Gülsan Sənaye Məhəlləsində baş verib. N.Muhammedovanın Samsun Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin 1-ci kurs tələbəsi olduğu bildirilib. Ekspertizadan sonra onun meyiti Ankarada torpağa tapşırılıb.
Araşdırmaya başlayan polis Məhəmmədovanın iş adamı sevgilisi Kənan Palanı qətldə şübhəli şəxs qismində saxlayıb. İfadəsində irəli sürülən ittihamları qəbul etməyən Pala Muhammedovanın psixoloji problemləri olduğunu və intihar edə biləcəyini bildirib.
Tribuna.az









