Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 76-ya çatıb. Yaralıların sayının yüzlərlə olduğu bildilir.
Tribuna.az xəbər verir ki, Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.
Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 17-ə çatıb.
07:53
Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.
Məlumata görə, bölgədə təkrar təkanlar davam edir.









