Türkiyədə terror törətməyə hazırlaşan qadın həbs edildi

Türkiyədə terror törətməyə hazırlaşan qadın həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ötən ilin noyabrında Taksimdə baş verən terror aktının eynisini həyata keçirməyə hazırlaşan PKK/KCK terror təşkilatının üzvü Gülda Bebek adlı qadın Konyada keçirilən əməliyyat nəticəsində ələ keçirilib.

Bakupost.az TRTHaber-ə istinadən xəbər verir ki, İranda PKK/KCK terror təşkilatının tərkibində kod adı “Xweza Lilaw” olan Gülda Bebek adlı terrorçunun 2022-ci ildə təxribat törətmək üçün ölkəyə daxil olduğu öyrənilib. Terrorçunun Konyanın Meram rayonunda gizləndiyi və təşkilatdan təlimat gözlədiyi müəyyən edilib.
Təhlükəsizlik Baş İdarəsi Kəşfiyyat Müdirlüyü və Konya Əyalət Təhlükəsizlik Müdirlüyü tərəfindən aparılan araşdırma nəticəsində yaxalanan terrorçunun yaşadığı ünvandan tapança və 2 maqazin, 31 patron, elektron alət və bomba istehsalında istifadə olunan materiallar tapılıb. Terrorçunun son hazırlıq işlərini gördüyü müəyyən edilib.
Qeyd edək ki, tutulan PKK/KCK terror təşkilatı üzvü ilə əlaqədə şübhəli bilinən daha 3 nəfər də saxlanılıb. Şübhəlilərin istintaqı davam etdirilir.