TÜRKİYƏDƏ SEÇKİLƏRİN VAXTI BƏLLİ OLDU… REGİONU NƏ GÖZLƏYİR?

TÜRKİYƏDƏ SEÇKİLƏRİN VAXTI BƏLLİ OLDU… REGİONU NƏ GÖZLƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə seçkilərin tarixi bəlli olub. 14 mayda prezident və parlament seçkiləri eyni gündə keçiriləcək.

Tribuna.az-ən məlumatına görə, bu haqda fikir bildirən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, çətin seçki olacağı bəllidir. Onun sözlərinə görə, bu seçkilərin təkcə Türkiyənin yox, Azərbaycanın, ümumilikdə regionun da gələcəyinə təsiri olacaq:

“14 maya qədər Azərbaycanın üçtərəfli razılaşmalarla bağlı, xüsusilə 10 noyabr bəyanatının 4-cü bəndinin (erməni qoşunların çıxarılması) icrası istiqamətində praktiki addımlar ata biləcəyi də istisna deyil. Ümumilikdə təkcə Türkiyədə yox, bizim regionda da maraqlı proseslər gözlənilir”.

Tribuna.az