Stanford Universitetində yetişmiş türkiyəli alim Övgün Ərcan deyir ki, zəlzələdən heç bir ölkə sığortalanmayıb. Amma zəlzələnin nə dərəcədə böyük dağıntıya səbəb olması hər bir ölkədə idarəçiliyin keyfiyyətindən və onun iqtisadi inkişaf səviyyəsindən asılıdır. Örnək verir ki, ABŞ-da zəlzələyə ən həssas ştatlarda zəlzələnin dağıdıcılıq gücü 8 bala yaxındır.
Tribuna.az yazır ki, iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, ABŞ-da tikililər elə yüksək texnologiyalar əsasında qurulub ki, insanlar 8 bala qədər zəlzələni yalnız silkələmədən hiss edərlər – dağıntı və insan qurbanları görməzlər:
“Mütəxəssis deyir ki, Türkiyənin iqtisadi inkişaf baxımından ən yüksək olan qərb hissəsində zəlzələnin dağıdıcılıq gücü 6,8 bala yaxın olduğu halda, ən zəif iqtisadi inkişafa malik şərq hissəsində 4,5 bala yaxındır.
Alim deyir ki, “allah qorusun” deməklə olmur. “Alın yazısı” deyib özümüzü ölümə təslim etməməliyik”.









