Türkiyədə ailə DƏHŞƏTİ: Əvvəlcə döydü, sonra boğub yandırdı

Türkiyədə ailə DƏHŞƏTİ: Əvvəlcə döydü, sonra boğub yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Fatih rayonunda dəhşətli ailə faciəsi baş verib.

Tribuna.az Türkiyə saytlarına istonadən xəbər verir ki, Semanur Algül adlı qadın həyat yoldaşı H.A. tərəfindən əvvəlcə döyülüb, daha sonra boğularaq qətlə yetirilib. Hadisədən sonra şübhəli cinayətin izini itirmək məqsədilə evi yandırıb.
Faciə qurbanı olan gənc qadın son mənzilə yola salınarkən ailəsinin səsləndirdiyi ittihamlar və acı sözlər ürəkləri parçalayıb.
Cənazə mərasimində ayaq üstə dayanmaqda çətinlik çəkən ana göz yaşları içində bildirib ki, qızı uzun müddətdir həyat yoldaşının təhdidlərinə məruz qalırmış:
“Qızımı uşaqları ilə, bizi isə hədələyib. Qızım mənə deyirdi ki, ‘Ana, onun ağlı yerində deyil. Sizə zərər verməsin deyə onu xəstəxanaya yerləşdirəcəyəm, mərhəmətimlə onu insan edəcəyəm’. Amma o, mənim qızıma mərhəmət etmədi”.
Mərhumun atası Orhan Aydın isə bildirib ki, şübhəli şəxs qızını öldürdükdən sonra evi də yandırıb:
“Evə gəlib qızımı öldürdükdən sonra qapını bağlayıb evi yandırıb. Onun ömürlük həbs cəzası almasını istəyirəm. Başqa canlar yanmasın”.

Gülşən Rəsul