Türkiyə və Yunanıstanın gizli görüşü keçirildi
Brüsseldə Yunanıstanla Türkiyə arasında gizli görüş keçirilib.
Tribuna.az xəbər verir ki, görüş Almaniyanın Avropa Birliyindəki Nümayəndəliyinin ofisində baş tutub. Görüşdə əsas müzakirə mövzusu ikitərəfli münasibətlərin yenilənməsi olub.
Yunanıstan mətbuatının yaydığı məlumata görə, Yunanıstan tərəfdən görüşə baş nazirin diplomatik ofisinin direktoru Anna Mariya Bura, Türkiyə tərəfdən isə prezidentin köməkçisi İbrahim Qalın qatılıb. Görüşdə həmçinin Almaniya kanslerinin müşaviri Yens Pletner də iştirak edib.
Nigar
Tribuna.az









