Türkiyədə 2021-ci il ərzində 30 min proqramçı ölkəsini tərk edərək xaricə gedib. Bu rəqəmin 100 minə yüksələ biləcəyi bildirilir.
Tribuna.az xəbər verir ki, bu barədə Türkiyə Proqram İstehsalçıları Assosiasiyasının (YASAD) sədri Gönül Kamal açıqlama verib. O bildirib ki, aşağı əmək haqqı və uzun iş saatları proqramçıların xaricə üz tutmasına səbəb olub:
“Türkiyədə bir proqram təminatı hazırlayan şirkət 1000 dollara yeni məzun olmuş bir proqramçı işlətmək üçün maliyyə gücü tapa bilmədiyi halda, proqram tərtibatçıları ABŞ və Avropada ən azı 2500 dollar maaş ilə işə başlayırlar”.
Nigar









