TÜRKİYƏ MÜXALİFƏTİNDƏ BÖHRAN: ALTILI MASA ÇAT VERDİ…

TÜRKİYƏ MÜXALİFƏTİNDƏ BÖHRAN: ALTILI MASA ÇAT VERDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altılı masada prezidentliyə namizədliklə bağlı qeyri-müəyyənlik davam edir. Masada müzakirələr zamanı İstanbul Konvensiyası və qaçqınlarla bağlı fikir ayrılığı yaşanıb.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, Demokrat Partiyası Gələcək Partiyasının “qaçqınların şərəfli qayıdışı” bəyanatına qarşı çıxıb. Səadət Partiyası CHP və İYİ Partiyanın təklif etdiyi “İstanbul Konvensiyasının yenidən tətbiqi” ilə bağlı sərt açıqlamalar verib.

CHP və İYİ Partiyasının İstanbul qurultayı təklifi Səadət Partiyası tərəfindən mənfi qarşılanıb. Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun sammit öncəsi masanın gündəmində olan 3 “mübahisəli” məsələ ilə bağlı siyasi partiya liderləri ilə təkbətək görüşlər keçirəcəyi öyrənilib.
Qaçqın problemi, İstanbul Konvensiyası və sədr müavinləri ilə bağlı tam razılığıa gəlinməyib.

Nigar

Tribuna.az