TÜRKİYƏ KİPR ADASINA GİRMƏSƏYDİ…

TÜRKİYƏ KİPR ADASINA GİRMƏSƏYDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kipr Türk Respublikası bu gün müstəqilliyinin 39-cu ilini qeyd edir. Türkiyə ordusu 1974-cü ildə Kiprə daxil olmasaydı, adada türk qalmayacaqdı, yunanlar qətliamı davam etdirəcəkdilər.

Tribuna.Az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, ŞKTR həmişə Azərbaycanla əlaqələrini inkişaf etdirmək istəyib:
“Bu tarixin üstündən 9 il keçdikdən sonra Kiprin əfsanəvi lideri Rauf Denktaş Şimali Kipr Türk Respublikasını elan etdi. Rəhmətlik Rauf bəylə 1998-ci ildə görüşmək imkanım olmuşdu, o ada ilə Azərbaycan arasında sıx təmasların tərəfdarı idi. İkinci dəfə Kiprdə 2014-cü ildə oldum. Adanın o zamankı prezidentinə və xarici işlər nazirinə suallar vermək imkanım oldu. Onlar da Rauf bəyin dediyini təkrarladılar: “Azərbaycanla əlaqələrin inkişafını istəyirik””.

Ekspert bildirib ki, Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması Azərbaycanın Kiprlə sıx əlaqələrinə əngəl kimi qiymətləndirilirdi:
“Azərbaycanın Kipri tanıması halında Yunanıstanın da Qarabağ separatçılarını tanıması təhlükəsi haqqında fikirlər səslənirdi. Tanımaq şərt deyil, bunun əvəzinə Kiprdə iqtisadi, humanitar əlaqələr genişlənə bilər, azərbaycanlı turistlərin Türkiyə üzərindən adaya turları təşkil edilə bilər. Türkiyənin Azərbaycandan və digər türk dövlətlərindən istəyi budur”.
Nigar