TÜRKİYƏ – ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ NORMALLAŞA BİLƏRMİ? – POLİTOLOQDAN AÇIQLAMA

TÜRKİYƏ – ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ NORMALLAŞA BİLƏRMİ? – POLİTOLOQDAN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən Türkiyə Ermənistan münasibətləri haqqında danışıb. Ərdoğan Ermənistan hakimiyyətinə çağırış edib:
“Ermənistana açıq və konkret şəkildə dedik ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə olacaq. Biz Ermənistandan bunu gözləyirik. Hazırda bu mərhələyə gəlmişikmi? Bunu deyə bilmərəm”, – Türkiyə lideri vurğulayıb.
Mövzu ilə bağlı Tribuna. Az – a danışan politoloq Məhəmməd Əsədullazədə deyib ki, bu çıxış göstərir ki, Türkiyə də normallaşma prosesində maraqlıdır:
“Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi İkinci Qarabağ müharibəsindən sonra yeni mərhələyə qədəm qoymuşdu. Amma erməni lobbisi bu prosesdə maraqlı olmadığına görə Ermənistan hakimiyyətinə təzyiq edirdilər. Bundan əlavə Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri normallaşdırmaq üçün heç bir müsbət addımlar atmır. Göründüyü kimi Azərbaycanla necə siyasət həyata keçirirsə, eynisini də Türkiyə ilə həyata keçirir. Çünki Türkiyə Ermənistan əlaqələri məhz Azərbaycan faktoruna dayanır. Əgər prosesler normal müstəviyə keçərsə, əlbəttə ki, Türkiyə ilə Ermənistan arasında əlaqələr normallaşacaq. Bunu R. T. Erdoğan da öz çıxışında vurğuladı. Bu çıxış da göstərir ki, Türkiyə də normallaşma prosesində maraqlıdır, amma Ermənistanın addım atdığı təqdirdə. Əgər Ermənistan Azərbaycanla əlaqələri normallaşdırma prosesini uzadarsa, Türkiyə ilə də münasibətlər normallaşmayacaq”