Vəziyyəti getdikcə dəyişir. Əhali anlayışı həmişə həlledici olub. Vaxtilə müharibəni ordu aparırdısa, indi missiya xalqa keçib.
Tribuna.az xəbər verir ki, bu barədə ekspert Əziz Əlibəyli yazıb. Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasından çəkilən fotonu paylaşan siyasi şərhçi bildirib ki, aksiyada baş verənlər artıq sülhməramlıların da həyat tərzinə çevrilib:
“Bu gədəbəyli qız rus sülhməramlısına bozqurd işarəsi tutdurub. Psixoloqlar deyir ki, davamlı şəkildə bir proses üç gün təkrarlanarsa, həyat tərzinə çevrilir.
Rus hərbçiləri üçün də etiraz edən Azərbaycan xalqı gündəlik həyatlarını bir hissəsinə çevrildi.
Onlar artıq bizi tanıyırlar, bizi şəxsən tanıyırlar, onunla dayandığımız nöqtə bizim torpaqdır, həqiqəti qəbul etməyə məcbur qaldılar, haqlı olduğumuzu tədricən başa düşürlər, artıq öz missiyalarında spesifik davranışlar tapmağa başlayıblar”.
Nigar
Tribuna.az










